Bu gün Türkmənistan, bu ölkədəki çətin yaşam tərzi barədə çox danışılır. Hətta bəzi iddialara görə, ölkənin sadə insanları vətənlərini əbədi olaraq tərk etməyə belə hazırdırlar. Maraqlı iddialara görə, hazırda türkmənlar hər yerə getməyə hazır olduqlarını desələr də, amma hələ ki, Rusiya onlara daimi yaşayış və iş üçün prioritet bir yer olaraq qalmaqdadır.
Etiraf edilməlidir ki, hazırda bu ölkə təkcə türkmənlərə deyil, elə digər, ozü də daha çox müsəlman olmayan insanlar üçün dünyəvi bir cənnət deyil. Onu da etraf edək bu ölkədə gəlmələr üçün çoxsaylı çətinliklər mövcuddur. Amma necə deyərlər, “ac qılınca belə çapar”...
Beləliklə, verilən məlumatlara görə, neçə müddətdən bəri Aşqabaddakı Rusiya konsulluğunun qarşısına toplaşan türkmənlərin təqribən 2.000 nəfərinin taleh üzünə gülüb və onlar çarter uçuşları ilə Rusiyaya uçublar.
Bundan əlavə verilən məlumata görə, hazırda minlərlə türkmən Rusiyada oturma izni almağa çalışır. Bəli çalışırlar. Amma daha maraqlısı isə budur ki, Aşqabadın Moskva ilə isti münasibətlərindən yararlanan Türkmənistan rəhbərliyi həmyerlilərinin Rusiyada oturma izni almasına hər vəchlə maneə törədir. Təbii ki, bu da başadüşülən deyil...
Daha maraqlı bir nüans isə ölkədən getmək istəyənlərə qarşı göstərilən təzyiqlərdir. Məsələn, deyilənə görə, Rusiya konsulluğuna müraciət etmək üçün vətəndaşlar yaşayış yerlərini tərk etməlidirlər. Maraqlıdır ki, niyə, təqibdən qurtulmaqçünmü? Bundan əlavə, demə, ölkədəki insanların ölkədən getməsinə qarşı çıxmaq üçün başqa "elementar" səbəblər də mövcud imiş. ...Başqa bir nümunə: Rusiya konsulluğuna təqdim etmək üçün anketlərin doldurulması üçün xidmət göstərən şəxslər Türkmənistan hüquq-mühafizə orqanlarının təzyiqinə məruz qalırlar.
...Və hətta son günlər avqustun əvvəlindən etibarən Moskvaya bütün uçuşların ləğv edilə biləcəyi barədə məlumatlar da dolaşmaqdadır.
Lakin buna baxmayaraq, türkmənlər ölkədən çıxmaq üçün hər vasitədən yararlanmağa çalışırlar.
Məsələn, “Azadlıq” radiosunun səsləndirdiyi bir xəbərdə 2019-cu ilə qədər, təxminən 10 il ərzində 2 milyondan artıq türkmən vətəndaşı Türkmənistanı tərk edib. Maraqlıdır ki, ölkənin rəsmi dairələri hələ də bu rəqəmi nə təsdiq, nə də inkar edib.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinə istinad erən “Voices of Central Asia” nəşri 2020-ci ildə Orta Asiya dövlətlərindən 145 min insanın Rusiya vətəndaşlığını qəbul etməsi barədə məlumat dərc edib. Dogrudur, burada Orta Asiya ölkələri arasında türkmənlərin sayı azlıq təşkil etsə də, amma bu rəqəm ildən ilə böyüməkdədir. Diqqət verin: 2017-ci ildə - 729, 2018-ci ildə - 1044, 2019-cu ildə - 1361 və 2020-ci ildə - 2451 nəfər türkmən rus pasportu alıb.
Burada haşiyə çıxaraq bildirim ki, son zamanlar Qazaxıstan da ölkənin geniş ərazilərini işçi qüvvələri ilə təmin etmək üçün Orta Asiya miqrantlarına geniş qucaq açmaqdadır. Doğrudur, Qazaxıstanın inşaat sahələrində, əkinçilik sektorunda, mənzil və kommunal təsərrüfatlarda işləyənlərin qazancları Rusiya ilə müqayisədə iki dəfə az olsa da, amma buna baxmayaraq, Orta Asiya xalqları arasında Qazaxıstana işə getməyə üstünlük verənlərin sayı artmaqdadır...təkcə türkmənlərdən başqa...
Məsələ bundadır ki, çoxları bunu Türmənistan rəhbərliyinin bu ərazilərə “əlinin çata bilməsindən” ehtiyatlandıqları üçün etdiklərini deyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB