Braziliyada son sutka ərzində 2504 nəfər koronavirusun qurbanı olub
Braziliyada son sutka ərzində daha 88 092 nəfərin koronavirus infeksiyasına yoluxması, 2504 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 17 210 966 nəfər yoluxub. Bu müddət ərzində 482 019 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 15 670 754 xəstə müalicə olunaraq sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB