ABŞ 500 milyon doz peyvənd almağı planlaşdırır

ABŞ rəsmiləri "Pfizer" və "BioNTech" tərəfindən hazırlanan 500 milyon doza koronavirus peyvəndini digər ölkələrə paylamaq üçün alacaqlarını bildiriblər. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Amerika mətbuatına danışan və adının açıqlanmasını istəməyən səlahiyyətlilər ABŞ prezidenti Co Baydenin G7 görüşməsindən əvvəl İngiltərədəki peyvənd işləri ilə əlaqədar açıqlama verəcəyini bildirib.

Rəsmilər Baydenin 500 milyon doza peyvəndin az gəlirli ölkələrlə bölüşdürüləcəyini və bu peyvəndlərin paylanmasının Covid-19 vaksinlərinə Qlobal Çıxış Proqramı çərçivəsində gələn il ərzində başa çatacağını açıqlayacağını bildirib.

Mənbələrə görə bu il deyilən 500 milyon doza peyvənddən 200 milyon doza bu il paylanacaq.

Xatırladaq ki, bu səhər Bayden jurnalistlərə G7 Sammiti çərçivəsində peyvənd proqramını elan edəcəyini söyləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...