Putin-Bayden görüşünün vaxtı və yeri məlum oldu - AÇIQLAMA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Amerika Prezidenti Co Bayden ilə görüşünün bəzi təfərrüatlarını açıqlayıb. SİA xəbər verir ki, o sammitin 16 iyun tarixində Cenevrədə baş tutacağını deyib.

Peskovun sözlərinə görə, Putin Cenevrəyə görüş günü gəlməyi planlaşdırır.

Bir az əvvəl ABŞ mediası Baydenin artıq Avropa səfərinə başladığını xəbər vermişdi. 10 iyun tarixində ABŞ prezidenti İngiltərəyə səfər etdi və burada Putinlə görüşməsi barədə mübahisəli bir açıqlama verdi.

Ağ Evin mətbuat katibi Cen Psaki, Baydenin Cenevrədə Putinlə səmimi danışacağını söyləyib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...