Meksikanın şimalında Koahuila əyalətinin Muskis bölgəsində mədən çöküb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, mədən çökməzdən əvvəl orada 7 nəfər olub.
Onlardan daha dördünün cəsədi bu gün tapılıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Faciənin səbəbləri barədə məlumatlar hələlik açıqlanmayıb.
Xatırladaq ki, hadisə iyunun 4-də baş verib. Hadisənin baş verdiyi gün 3 mədənçinin cəsədi tapılmışdı.




USD
EUR
GBP
RUB