Suriyada Rusiyaya məxsus zirehli avtomobil partladılıb

Suriyada Rusiyaya məxsus zirehli avtomobil partladılıb

Suriyanın Haseke vilayətində Rusiyaya məxsus hərbi patrul karvanında hərəkət edən zirehli avtomobil partladılıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində bir rus hərbçisi aldığı xəsarətlərdən ölüb, üç hərbçi isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə