Heyvanlar haqqında qanun qəbul olunacaq

Heyvanlar haqqında qanun qəbul olunacaq

Türkiyədə 1 iyul tarixindən etibarən heyvanlar haqqında qanun qəbul ediləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəbul edilən qanunda, heyvanlar “mülk” deyil, “canlı” olaraq qorunacaq. Sahibsiz heyvanların kimlərsə tərəfindən küçəyə atılmasına, təcavüzünə və cinsi istismara məruz qaldığı halda 6 aydan 3 ilə qədər həbs cəzası veriləcək.

Heyvanlar haqqında hər hansı bir şikayət daxil olarsa, bu zaman “ətraf mühit, təbiət və heyvan polisi” adlı qurum müdaxilə edəcək. Heyvanlar xüsusi mobil tətbiq vasitəsilə izləniləcək.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə