3 rus əsgəri yaralanıb

Suriyada terror təşkilatı YPG/PKK-nın işğalı altında olan, Haseke vilayətinin Dırbasiyə bölgəsində maşında olan rus əsgərlərinin minaya düşərək yaralandığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terror təşkilatı YPG/PKK-nın işğal etdiyi bölgədə partlayış nəticəsində yaralanan rus əsgərləri hadisə yerinə yaxın xəstəxanaya aparılıb. Bəşər Əsəd rejiminin Hasekedəki media rəhbəri Fadil Hammad şəxsi hesabında hadisə ilə bağlı yazısını bildirib.

Qeyd edək ki, rusiya tərəfi isə, hadisə ilə bağlı hələ bir açıqlama verməyib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə