Əcnəbilər bu ölkədə vaksinasiyadan keçə biləcəklər

Əcnəbilər bu ölkədə vaksinasiyadan keçə biləcəklər

"Gürcüstanda olan xarici ölkə vətəndaşlarına koronavirusa qarşı vaksinasiyadan keçmək imkanı veriləcək". SİA xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O, bu məsələnin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında müzakirə olunacağını bildirib: "Gürcüstanda yaşayış izni olan xarici vətəndaşlar və diplomatlara peyvənd vurulur. Ölkə ərazisində müəyyən müddət ərzində olan əcnəbilər üçün də vaksini əlçatan etməyi düşünürük".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə