Bu ölkədə uşaqların da vaksinasiyasına başlandı

Bu ölkədə uşaqların da vaksinasiyasına başlandı

İsraildə bu səhərdən etibarən 12-15 yaş aralığındakı uşaqların koronavirus əleyhinə vaksinasiyasına başlanıb.

SİA xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi qərar qəbul edib.

İsraildə 12-15 yaş arasında 600 min uşaq var. Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu yaş aralığındakı 10 min uşağa peyvənd olunmaq üçün görüş təyin edilib.

9,3 milyon əhalisi olan İsraildə COVID-19 peyvəndinin ilk dozası 5 milyon 455 min nəfərə, ikinci dozası isə 5 milyon 137 min insana vurulub.

Qeyd edək ki, ilk dəfə olaraq bu gün İsraildə virusa yoluxma qeydə alınmayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə