Son günlərdə koronavirus epidemiyası xəbərləri ilə gündəmdən düşməyən Hindistan, bu dəfə çox maraqlı xəbər ilə gündəmə gəlib. 5 iyun Uttar Pradeş əyalətində keçirilən toy çox maraqlı görüntülərlə yadda qalıb. Hindistanda bəy və dostları sərxoş olduğu üçün, gəlin toy mərasimini ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bəy və dostları toy zamanı sərxoş vəziyyətə düşüblər. Gəlin və ailəsi əvvəlcə bu vəziyyəti görməzlikdən gəliblər. Ancaq gəlinin rəqs təklifini qəbul etmədikdə, qarışıqlıq yaranıb və gəlin toy mərasimini dayandırıb. Gəlin və ailəsi yerli polislə əlaqə saxlayıb və onlardan bəyi toydan uzaqlaşdırmağı istəyiblər.
Gəlinin ailəsi bəylə dostlarının sərxoş vəziyyətdə onları təhqir etdiyini iddia edib və toyu ləğv etməkdən başqa çarələri olmadığını vurğulayıblar.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB