Almaniyada kəskin bağırsaq infeksiyasından ölənlərin sayı 14 -ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, infeksiyaya yoluxma şübhəsi ilə 1200 hal qeydə alınıb.
İnfeksiyanın yayılma mənbəyi hələ ki, dəqiq müəyyən edilməyib. Adətən il ərzində infeksiyaya 1000-dək yoluxma halı qeydə alındığı halda, indi bu vəziyyət bir həftədə müşahidə edilir.
Almaniya rəhbərliyi bir neçə gün əvvəl infeksiyanın mənbəyinin İspaniyadan gətirilmiş xiyarda aşkar edildiyini açıqlasa da bu fakt hələ ki, yekun olaraq təsdiqlənməyib.
Qeyd edək ki, artıq, Danimarka, Fransa, Avstriya, Böyük Britaniya, Niderland və İsveçdə də bağırsaq infeksiyasına yoluxma halları qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB