Yaponiya sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb

Yaponiya sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb

Yaponiyanın Honsü adası sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 239 min insanın yaşadığı Haçinohe şəhərindən 78 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 50 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi bildirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə