Əfqanıstanda naməlum silahlılar beynəlxalq təşkilatın 10 əməkdaşını öldürüblər

Əfqanıstanda naməlum silahlılar beynəlxalq təşkilatın 10 əməkdaşını öldürüblər

Əfqanıstanda naməlum silahlılar Böyük Britaniya və ABŞ-ın minaların və partlamamış sursatların zərərsizləşdirməsi istiqamətində fəaliyyət göstərən "HALO Trust" qeyri-kommersiya təşkilatının əməkdaşlarına hücum ediblər.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində təşkilatın azı 10 əməkdaşı öldürülüb, 14-ü isə yaralanıb.

Əfqanıstanın "1TV" telekanalının məlumatına əsasən, insident ölkənin Bağlan əyalətində baş verib.

Əfqanıstan rəsmiləri hücumun Taliban hərəkatı tərəfindən həyata keçirildiyini hesab edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə