Avropa İttifaqı Özbəkistana 11 milyon avro məbləğində qrant ayırıb

Avropa İttifaqı Özbəkistana 11 milyon avro məbləğində qrant ayırıb

Avropa İttifaqı (Aİ) Özbəkistana 11 milyon avro məbləğində qrant ayırıb.
SİA Özbəkistan mətbuatına istinadla xəbər verir ki, vəsait aqrosənaye bölməsinin inkişaf etdirilməsi, kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi, kənd yerlərində əhalinin rifah halının yüksəldilməsinə xərclənəcək.
Aİ-nin Özbəkistandakı Nümayəndəliyinin rəhbəri Şarlott Adrian jurnalistlərə bildirib ki, 2020-ci ilin birinci kvartalından bu yana Aİ Özbəkistan büdcəsinə 32 milyon avro vəsait köçürüb. O deyib ki, Aİ gələcəkdə də Özbəkistan büdcəsinə köçürmələr həyata keçirəcək. Belə ki, növbəti qrant ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə