İstanbul hava limanında normallaşma mərhələsinə keçilib

İstanbul hava limanında normallaşma mərhələsinə keçilib

Dünyanın ən böyük aeroportlarından olan İstanbul hava limanında yeni növ koronavirus tədbirləri çərçivəsində tədricən normallaşma mərhələsinə keçilib.
SİA xəbər verir ki, normallaşmanın ilk həftəsi, yəni, iyunun 1-dən 7-dək bu aeroportdan gündəlik 665 uçuş olmaqla, ümumilikdə 4659 reys həyata keçirilib.
Bununla bağlı Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) hesabatında bildirilir.
Məlumatda qeyd edilir ki, bu müddət ərzində İstanbul hava limanından gündə ortalama 80 min 596 nəfər olmaqla, ümumilikdə 564 min 176 sərnişin istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə