Mədəsində 844 qram narkotik aşkarlandı

Mədəsində 844 qram narkotik aşkarlandı

Hava limanında nigeriyalı sərnişin mədəsindən 844 qram narkotik vasitə olan kokain aşkarlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Hava Limanında Nigeriya vətəndaşının mədəsindən 96 kapsul şəklində 844 qram narkotik maddə ələ keçirilib. Efiopiya-İstanbul reysi ilə İstanbula gələn şübhəli şəxs, hava limanındakı təhlükəsizlik kameraları tərəfindən izlənilib və polislərə dərhal xəbər verilib. Şübhəlinin hava limanına gəlişi və həbs anları kameralara düşüb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə