Koronavirus səbəbi ilə Türkiyənin Beykoz şəhəri, Anadolu Kavağı məhəlləsinin sədri Serdar Lüleburgazın ölümündən sonra yerinə namizəd olan həyat yoldaşı Sevim Lüleburqaz səsvermə nəticəsinə görə, 464 səs toplayaraq sədr seçilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, 8 ildir Anadolu Kavağı məhəlləsinin sədri olan Serdar Lüleburqaz, koronavirusa yoluxaraq 6 aprel tarixində 57 yaşında vəfat edib.
Həyat yoldaşını itirdikdən sonra, Sevim Lüleburqaz, 22 ildir işlədiyi dükanı bağlayıb ve sədrlik üçün namizəd olub. Lüleburqaz, keçən bazar günü İstanbulun 14 səmtində keçirilən sədr seçkilərində ərinin yerinə namizəd olub. Sevim Lüleburqaz seçkilərin nəticələrinə görə, 464 səs toplayaraq sədr kreslosuna əyləşib. Sevim Lüleburqaz, edəcəyi ilk işin məhəllədə bir sədr binası inşa etməsi olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB