Hazırda Ukraynada keçirilən son rəy sorğularının nəticələrinə görə, ölkə vətəndaşlarının yarıdan çoxu, təqribən 54,5 faizi hazırkı dövlət başçısı Vladimir Zelenskinin ikinci prezidentlik müddətinə qarşı çıxırlar.
Beləliklə, bu günlərdə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu ukraynalılar arasında sorğu keçirib. Belə ki, sorğuda iştirak edən respondentlərin 37 faizi Vladimir Zelenskinin yenidən seçkilərdə iştirakını dəstək versə də, amma 54,5 faizi bu seçimə qarşı çıxıblar.
Qeyd edək ki, əgər Zelenski sabah öz namizədliyini irəli sürərsə, bu zaman mütləq seçim edənlərin 27,3 faizindən 21,8 faizi ilk turda ona səs vermək niyyətində olduğunu bildirib.
Maraqlıdır ki, sorğu zamanı ukraynalı respondentlər sabiqlər arasında keçmiş prezident Petro Poroşenkoya olan rəğbətlərini də gizlətməyiblər. Belə ki, respondentlərin 11,7 faizi məhz Poroşenkoya səs verməyə hazır olduqlarını bildiriblər.
Sırada üçüncü yeri ölkənin keçmiş baş naziri Yuliya Timoşenko tutub, burada respondentlərin 9,5 faizi ona dəstək nümayiş etdiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB