Türkiyə, Rusiya və BMT rəsmiləri Moskvada Liviya məsələsini müzakirə ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və BMT-nin Liviyadakı xüsusi elçisi Jan Kubis ilə görüşdüklərini bildirib.
Liviya məsələsinin müzakirə olunduğu iclasda, ölkədə 24 dekabr tarixində keçiriləcək seçkiləri dəstəkləmək üçün BMT-nin himayəsi altında beynəlxalq təşəbbüslərin gücləndirilməsi lazım olduğu vurğulanıb.
Liviyadakı müvəqqəti hökumət qurumlarına dəstəyin verildiyi bildirilən görüşdə, 23 iyun Berlində nazirlər səviyyəsində keçirilməsi planlaşdırılan görüşdən əvvəl Liviyadakı vəziyyətlə bağlı ortaq yanaşma təsdiqlənib. Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə əlaqədar verdiyi açıqlamada Önal, Boqdanov və Kubisin Liviya ilə bağlı siyasi məsləhətləşmələr apardığı qeyd edilib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB