5 avtomobil nəhəngi güclərini birləşdirib

5 avtomobil nəhəngi güclərini birləşdirib

Dünya mediası rəsmi olaraq elan edib ki, "Suzuki", "Subaru", "Daihatsu", "Toyota" və "Mazda" avtomobil markaları yollarını birləşdirərək birlikdə inkişaf etməyi hədəf alıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uzaqdan işləmə funksiyaları kimi əsas əlaqə xidmətləri ilə belə, hər şirkət əlaqəli mənbələrin inkişafı və işlənməsi üçün fərqli bir yanaşma göstərir.

Bu baxımdan istehlakçılara ən qısa müddətdə daha etibarlı və daha rahat əlaqə həlləri təklif etmək istəyən avtomobil istehsalçıları, qlobal iş birliyinə girərək ortaq həllər təklif etməyə başlayıblar. "Suzuki", "Subaru", "Daihatsu", "Toyota" və "Mazda", yeni nəsil vasitə rabitə cihazları üçün birlikdə həll yolları inkişaf etdirməyə razılaşıblar. Razılaşmaya əsasən, rabitə sistemləri daha etibarlı və daha rahat əlaqəli xidmətlər üçün standartlaşdırılacaq və avtomobillər və icmalar paylaşılan rabitə sistemləri ilə əlaqəli xidmətlərdən istifadə edərək birləşdiriləcəkdir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə