Yumurta istehsalı 10 faiz artdı

Türkiyədə yaşayan baytar Doğan Subaşı, Antalya Dövlət Opera və Balet Sənəti üzrə drijor Devrim Dəmirəlin bəslədiyi 1000 toyuğun məhsuldarlığını artırmaq üçün klassik bir musiqi repertuarı hazırlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, gündə 1000 toyuqdan təxminən 900 yumurta aldığını deyən Devrim Subaşı, "Klassik musiqi dinləməyə başladıqdan 2 ay sonra yumurta istehsalı 10 faiz artdı" deyə bildirib.

Antalyada yaşayan baytar Doğan Subaşı, İstanbul Universiteti Baytarlıq Fakültəsini bitirdikdən sonra iş axtarmağa başlayıb. Klinikalarda maaş və iş saatları ilə bağlı verdiyi vədlərin yerinə yetirilmədiyini görən Subaşı istefa edib. Sahibkar olmağa qərar verib. Sahibkar olmaq və işini görmək istəyən Subaşı, Kəpəz səmtindəki ərazini ayda 1000 liraya 5 illik icarəyə götürüb.

Hasarlarla əhatə olunmuş 3 sot ərazidə bir toyuq ferması quran Subaşı, qısa müddətdə 1000 toyuq sahibi olub. Əvvəlcə Subaşı yumurtaları qohumlarına və qonşularına hədiyyə edib. Hədiyyələrdən sonra müsbət rəy alan Subaşı, yumurta satmağa qərar verib. Məhəllə bazarlarına gedib qəssab, tərəvəzçi və şirniyyat məhsulları ilə razılaşan Subaşı, tez bir zamanda özünə bir bazar yaradıb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə