Trampdan “bitkoin”lə bağlı sərt açıqlama…

Trampdan “bitkoin”lə bağlı sərt açıqlama…

Dünyada bitkoinə inam azalmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, valyuta bazarına daxil olan "bitkoin"in satışında enmələr müşahidə olunub. İnvestorların "bitkoin"ə olan münasibətləri soyusa da, bazarlarda spekulyasiya edən milyarder iş adamı Elon Mask bu barədə açıqlama verib.
Keçən ay Mask, “Tesla” avtomobillərini "bitkoin" ilə satmayacağına dair fikir bildirib. Çin isə öz ölkəsində "bitkoin"i qadağan etdiyini söyləyib. Lakin, İran, yüksək enerji istehlakı səbəbindən bir müddət ölkədə "bitkoin" hasilatını qadağan edib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da "bitkoini" sevmədiyini açıqlayıb. ABŞ-ın keçmiş prezidenti olan Donald Tramp, "Bitkoini sevmirəm. Mənim üçün fırıldaqçı bir valyutadır. Dünyanın valyutası dollar olaraq qalmalıdır. Düşünürəm ki, kriptovalyutalarda çox yüksək qaydalar olmalıdır" deyə şərh edib. Trampın açıqlamalarından sonra "bitkoin"in səviyyəsi aşağı enib.

"Bitkoin" günə, 34.449 dollar ilə başlayıb. Gün ərzində ən aşağı qiyməti 32.469 dollar və ən yüksək qiyməti 34.631 dollar olub. 14 apreldə "bitkoin"in ən yüksək qiyməti 64.813 dollar olub.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə