Təbiət qorxulu yuxusundan oyandı

Təbiət qorxulu yuxusundan oyandı

10 gündür Avropada həyəcan yaradan vulkan nəhayət ki, söndü. SİA-nın məlumatına görə, may ayının 21-dən İslandiyada fəaliyyətə keçən Grimsvötn vulkanının söndüyü bildirilib.

İslandiyanın Meteorologiya İnstitutunun geoloqu vulkanın tamamilə sönməsi barədə məlumat verib: \"10 gündür davam edən vulkanın illər sonra fəaliyyətə keçməsi böyük narahatlıq doğurmuşdu. Bütün geoloqlar vulkanın fəaliyyətini yaxından izləyirdik. Müxtəlif təhlükələrin başvermə ehtimalı hamını qorxuya salmışdı. Lakin mayın 28-dən bu yana, artıq 3 gündür ki, vulkanda kiçik bir fəaliyyət belə nəzərə çarpmayıb. Buna əsasən də belə qənaətə gəlmək olur ki, Grimsvötn vulkanı tamamilə sönüb. Vulkanın yenidən fəaliyyətə keçib-keçməməsi isə hələ ki, məlum deyil. Bugün üçün önəmli olan vulkanın sönməsidir\".

Bütün xəbərlər Facebook səhifəmizdə