İstanbul Kültür və İncəsənət Vəqfi tərəfindən təşkil edilən "49-cu İstanbul Musiqi Festivalı" çərçivəsində, 13 gənc qadın musiqiçinin həyata keçirdiyi "Sabahın qadın ulduzları, gənc qadın musiqiçilərinə dəstək fondundan” seçilən qadınlar müəyyən olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, alətlərdə ifa, mahnı oxumaq və dirijorluq sahələrində istedadlı gənc qadın musiqiçilərə dəstək olmağı hədəfləyən layihənin iştirakçıları arasında Bahar Erünsal, Dilan Karayılan, Ece Namlı, Elfida Su Turan və Ilgın Top skripkada, Başak Kömürcügil və Melisa Büyükyörük, Betül Burcu Gündoğdu, fortepiano üzrə Lal Karaalioğlu seçillib.
Müraciətlər, Orkestr dirijoru və Konsert salonunun baş bədii direktoru Cem Mansur, skripkaçı və orkestr dirijoru Hakan Şensoy, fortepiano ikilisi Ufuk - Bahar Merdiven və pianoçudan ibarət baş direktorun müavini və musiqişünas Yeşim Gürer Oymakın rəhbərlik etdiyi seçim komissiyası tərəfindən qiymətləndirilib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB