Kanadada katolik kilsə məktəbinin bağçasında tapılan 215 uşağın cəsədləri müzakirəsi davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xəbəri ağrı ilə izlədiyini söyləyən Roma papası, xalqın "üzr istəyin" çağırışına qulaqlarını bağlayıb. Uşaqların cinsi istismar və normal olmayan qidalanma nəticəsində öldüyü bildirilib.
Papa Françis Kanadadan 215 uşağın cəsədlərinin tapılması ilə bağlı xəbərləri izlədiyini vurğulayıb. "Kanada yepiskoplarına, Kanadadakı katolik kilsəsinə və Kanada xalqına başsağlımı bildirirəm. Həyatını itirən uşaqlar üçün dua edən Papa, Kanada ictimaiyyətinin üzr tələblərini cavabsız qoyaraq üzr istəməyib" deyə bildirib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB