SpaceX kosmosa 7 tonluq peyk göndərir

SpaceX kosmosa 7 tonluq peyk göndərir

SpaceX, kosmosa 7 tonluq rəqəmsal radio peyki göndərərək 18-ci buraxılışını edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "SXM-8" adlanan 7 tonluq peyk, "Falcon-9" raketi ilə Floridadakı Canaveral Kosmik Stansiyasından buraxılıb.

Yenidən istifadə edilə bilən "Falcon-9" raketi göndərildikdən 9 dəqiqə sonra yerə qayıdıb və şirkətin Atlantik Okeanındakı pilotsuz üzən eniş platformasına enib.

Qeyd edək ki, SXM-8 peyki, ABŞ, Kanada və Karib ölkələri abunəçilərinə ildə təxminən 8000 vat peyk siqnalı verəcək.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə