Rus alimləri mikroskopik çoxhüceyrəli bir canlının Sibir bölgəsindəki donmuş torpaq qatında 24 min il sağ qaldığını kəşf ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyadakı Puşçino Elmi Tədqiqat Mərkəzinin tədqiqatçıları Sibir bölgəsindəki tədqiqatları zamanı topladıqları donmuş torpaq nümunəsində "Bdelloid rotifer" adlı mikroskopik bir canlının olduğunu aşkar ediblər.
Tədqiqatçılar nümunədəki donmuş çoxhüceyrəli orqanizmin həyat funksiyalarının davam etdiyini müəyyənləşdiriblər. Orqanizmin yaşını təyin etmək üçün inkişaf etmiş radio-karbon testlərini edən elm adamları, canlının 24 min yaşında olduğunu müəyyən ediblər.
Qeyd edək ki. alimlər əvvəllər dondurulmuş torpaq nümunələrində bəzi sadə qurdlar və bitki növlərini aşkar edib və onların donmuş vəziyyətdə sağ qala biləcəklərini bildiriblər.
Lətifə Abıdyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB