Telefonunu "Apple"nin texniki xidmətinə göndərən bir qadın gözlənilməz hadisə ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya əyalətində yaşayan və adı açıqlanmayan bu qadın şəxsi video və fotolarının texniki xidmətin əməkdaşları tərəfindən oğurlandığı və internetə yayıldığını öyrənib.
Məlum olub ki, qadın 2016-cı ildə İPhone markalı mobil telefonunu "Apple"ın səlahiyyətli texniki xidməti "Pegatron Texnoloji"yə göndərib. Burada telefonu təmir edən texniklər qadının şəxsi görüntülərini, foto və videolarını "facebook" və müxtəlif platformalara yükləyiblər.
Məhkəməyə müraciət edən qadın, texniklərin videoları onlayn yaymasından sonra "ağır emosional stres" yaşadığını söyləyib. İddiada "Apple" adı açıq şəkildə göstərilməsə də, şirkət qadına milyonlarla dollar ödəməyi qəbul edib.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB