May ayının sonunda Ekvador prezidenti seçilərək vəzifəsinin icrasına başlayan Gilyermo Lasso onurğasından əməliyyat olunmaq üçün ABŞ-a yollanacaq.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ekvador liderinin mətbuat xidməti "Twitter"də açıqlama verib.
Açıqlamada deyilir: "Əməliyyat zamanı bel nahiyəsindəki keçmişdə müvəffəqiyyətsiz müalicənin nəticəsi olan şiş aradan qaldırılacaq".
65 yaşlı siyasətçinin ABŞ-a iyunun 20-də getməsi planlaşdırılır. Əməliyyatın tarixi və yeri açıqlanmayıb.
Yerli mediada verilən xəbərlərə görə, G.Lasso 2013-cü ildə İspaniyaya ziyarəti zaman belindən zədə alıb. O, 2017-ci ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərindəki klinikada onurğa əməliyyatı keçirib.




USD
EUR
GBP
RUB