Pakistanda sərnişin mikroavtobusu çaya düşüb, ən azı 18 nəfər ölüb

Pakistanda sərnişin mikroavtobusu çaya düşüb, ən azı 18 nəfər ölüb

Pakistanın şimal-qərbində Xeybər-Paxtunkva əyalətində sərnişin mikroavtobusu çaya düşüb.

SİA “Sinxua” xəbər agentliyinə istinadən xəbər verir i, hadisə nəticəsində azı 18 nəfər itkin düşüb.

Yerli Xilasetmə xidmətinin məlumatında ilkin versiya kimi bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Xilasetmə tədbirlərinə könüllülər də qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə