Şəxsi həyatı və ailəsi ilə çox az tanınan Rusiya prezidenti Vladimir Putinlə bağlı xəbər var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Prezident Vladimir Putinin kiçik qızı Katerina Tixonova illər sonra kameralar qarşısına çıxıb.
"Washington Post" qəzetindəki xəbərə görə, 34 yaşlı Tixonova Rusiyanın aparıcı iş konfransına qatılıb. Moskva Dövlət Universitetinin Riyazi Tədqiqat Kompleks Sistemlər İnstitutunun direktor müavini Tixonova konfransda çıxış edənlərdən biri olub.
34 yaşlı Tixanova, İsveçrənin Davos şəhərində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, beynəlxalq investisiya mübahisələrinin video bağlantısı ilə iclasa qoşulub. Cümə günü paneldəki altı dəqiqəlik bir dialoqunda Tixonova, digər layihəsi olan İnnopraktika Fonduna müraciət edərək, “elmi texnologiyalar” adlandırdığı investisiyaların artırılmasının vacibliyini vurğulayıb.
Tixonova yekun nitqini söyləyərkən Sankt-Peterburq Dövlət Universiteti və panelin moderatoru Nikolay Kropachev zarafat edib. Lakin, bacarıqlı bir nitqi ilə ədliyyə naziri tərəfindən susdurulub.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB