Artıq, məlum olduğu kimi, Ermənistanda seçki kampaniyasına start verilib. Ötən gün, Ermənistanın Aqarak bölgəsində “seçiciləri” qarşısına şıxan “Ermənistan” blokunun lideri Robert Koçaryan erməniləri gələcək planları barədə məlumatlandırıb.
Qeyd edək ki, ilk olaraq, Naxçıvana açılacaq dəhlizlə bağlı danışan Koçaryan “humanistin biri” olduğunu ortaya qoyaraq, kommunikasiyaların blokdan çıxarılmasının tərəfdarı olduğunu, dəmir yolunun işinə qarşı olmadığını bildirib. Amma, buna baxmayaraq, Robert, nədənsə, “dəhliz” sözünün onu çox narahat etdiyini bildirib. Şübhə yoxdur ki, Koçaryanı qorxudan bu dəhlizdən Türkiyənin də yararlana bilməsi ehimalıdır. Amma, gəlin, Koçaryanın bu nigarançılığını onun erməni xofluluğu ilə əlaqələndirməyə çalışmayaq.
Beləliklə, əlinə düşən imkandan istifadə edən sabiq ikinci prezident bu dəfə də Paşinyan və onun səlahiyyətliləri barədə “kaç kəlmə” deməyi “özünün mənəvi” borcu bilib.
Koçaryanın dediyindən belə başa düşülür ki, Nikol Paşinyan hakimiyyətdə olduğu ərəfədə Ermənistanı nəinki Rusiyaya, sən demə, dünyanın heç bir ölkəsinə sevdirə bilməyib. Ay səni...
...Ölkədə iqtisadiyyat ölüb, işsizlərin sayı artıb, yoxsulluq o həddə çatıb ki, hətta “məğrur erməni vətəndaşları” son zamanlar küçələrə çıxıb dilənməyə başlayıblar. Təbii ki, bütün bu baş verənlərə biganə qalmağı “özünə ar bilən” Koçaryan məhz buna gğrə də, yeni seçkilərə qoşulub. Maraqlıdır ki, Robert bu seçkilərin qalib olacağını da istisna etmir.
“Bir ölkədə ki, inkişaf etmiş iqtisadiyyat ömür uzunluğuna rövnəq vermir, həmin cəmiyyət dağılmalıdır”. Koçaryan bunu deyərkən, ermənilərə bəxş edəcəyi təkcə keyfiyyətli həyat və tibbi xidmətlərdən bəhs etmədiyinə də eyham vurub.
Onun dediyinə görə, hakimiyyətə gələndən sonra Ermənistanda hər şey gözəl olacaq. Sabiq ikinci prezident burada da ona ayama kimi yapışdırılan təvazökarlıqdan qurtula bilməyib. Hələ bir Nikol və onun səlahiyyətlilərinin ünvanına da bir xeyli döşəyib.
Koçaryanın dediyinə görə indiki hakimiyyət bu gün iki uğuru ilə öyünə bilər: ölkədə ölən və ölkədən qaçanlarının sayının çoxluğu ilə... Nə deyəsən, baş nazırliyə iddialı biri kimi, Robert tərəfindən səsləndirilən haqlı iraddır, burada ona bir “malades” də emək olardı, amma..
...Amma, deyəsən, Koçaryan burada Nikolun “taxta qapısını” döyməklə bir az “siyası səhvə” yol vermiş olur. Xatırladaq ki, Koçaryan erməni hakimiyyətində olduğu 10 il ərzində (1998 -2008) Ermənistandan qaçanların sayı “pik” həddə çatmışdı. Qeyd edək ki, hələ 2002-2005-ci illərdə ölkənin 95-122 min vətəndaşı Ermənistan hüdudlarından kənarda işləmək üçün getmiş və bunların əksəriyyəti isə sonradan ailələrini yanlarına apararaq geri qayıtmaqdan imtina etmişdilər. Koçaryanın diqqətinə çatdıraq ki, onun 10 illik hakimiyyətinin təkcə üç ili ərzində Ermənistandan qaçan ermənilərin ümumi sayı ölkə əhalisinin 4.6 faizini təşkil edirdi. Təkrar edirəm, 10 illik hakimiyyətinin təkcə 3 ili ərzində...
... Burada Robertə tövsiyə kimi demək lazımdır: gələn dəfə seçici qarşısına çıxarkən belə “siyası səhvlərə” yol verməsin...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB