Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks Türkiyəyə gələrək PUA-ların istehsalat təsislərini ziyarət edib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Bayraktarın “twitter” hesabında etdiyi açıqlamada "Latviya müdafiə naziri Artis Pabriks və heyəti Bayraktar PUA-larının istehsalat təsislərində olublar. Biz onları qəbul etməkdən məmnun olduq”-deyə bildirib.
Səfər zamanı nazir Pabriksə “Bayraktarın” baş direktoru Haluk Bayraktar yoldaşlıq edib. Haluk Bayraktar nazirə və müşaiət edən heyətə “Bayraktar” tərəfindən milli və xüsusi olaraq hazırlanan PUA sistemləri haqqında məlumat verib. Nazir səfəri zamanı Türkiyənin ilk uçan avtomobili olan Cezerini də maraqla araşdırıb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB