"Qarabağ bunlar üçün boyundan asılmış daş idi" - Sarkisyan

"Qarabağ bunlar üçün boyundan asılmış daş idi" - Sarkisyan

"Bu alçaqlar illərdir danışıblar ki, Qarabağı təslim etmək lazımdır, Ermənistanda dinc yaşamaq üçün ondan qurtulmaq lazımdır". SİA xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti, Ermənistan Respublika Partiyasının (RPA) sədri Serj Sarkisyan Cermuk şəhərində "Mənim şərəfim var" blokunun fəalları və tərəfdarları ilə görüşdədeyib.

“Onlar üçün Qarabağ boynundan asılmış ağır bir daş idi. Ermənistandan göndərilən əsgərlərin, o cümlədən "Qarabağın Müdafiə Ordusu"nda xidmət edən Cermukdan olan əsgərlərin yalnız Qarabağın deyil, həm də Ermənistanın sərhədlərini qoruduğunu izah etməyə çalışdıq. İndi əminəm ki, hamınız buna inandınız, Syunik və Geqarkunikdə yaşayan insanlar buna daha çox inandılar”, deyə Serj Sarkisyan vurğulayıb.

Sarkisyan qeyd edib ki, bu gün azərbaycanlılar Cermukdan 10 km məsafədədir: “Bu nə vaxt oldu? 10 dəfə daha uzaqda idilər. İstədiyimiz budurmu? Bu hələ həll olunmamış bir problemdir. Və bu yalançılar, kapitulyatlar hakimiyyətdə qaldıqca, hər hansı bir sürpriz gözləmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə