Pakistanda iki sərnişin qatarı toqquşub, 30 nəfər həyatını itirib

Pakistanda iki sərnişin qatarı toqquşub, 30 nəfər həyatını itirib

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 30 nəfər həyatını itirib.

SİA-nın məlumatına görə, bu barədə "trtworld.com" saytı yerli polis və xilasetmə briqadalarına istinadən bildirib.

Məlumata əsasən, hadisə Sind vilayətinin Qotki şəhərinin ərazisində baş verib. Qatarlardan biri relsdən çıxdıqdan sonra sürətlə hərəkət edən ikinci sərnişin qatarı onun üstünə çırpılıb.

Hadisənin təfərrüatları barədə geniş məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə