Daha bir təhlükəli PKK terrorçusu məhv edilib

Daha bir təhlükəli PKK terrorçusu məhv edilib

Türkiyənin təhlükəsizlik qüvvələri xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına daha bir sarsıdıcı zərbə vurub.

SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" sosial şəbəkə hesabından paylaşım edib. Məlumatda bildirilir ki, “Doktor Hüseyin” ləqəbli təhlükəli terrorçu Selman Bozkır Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv olunub.
Qeyd edək ki, PKK/KCK terror təşkilatına 1990-cı illərdə qatılan S.Bozkır terror təşkilatının Avropadakı fəaliyyətini idarə edib. Bildirilir ki, MİT tərəfindən İraqın şimalında yerləşən Mahmur terror düşərgəsinə qarşı yönəldilmiş antiterror əməliyyatında S.Bozkır ilə bərabər daha iki terrorçu məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə