Qüdsdə polis bölməsi yaxınlığında QARŞIDURMA OLUB

Qüdsdə polis bölməsi yaxınlığında QARŞIDURMA OLUB

Bazar günü, Şərqi Qüdsdəki İsrail polis idarəsi yaxınlığında qarşıdurma və toqquşmalar baş verib. SİA xəbər verir ki, bu barədə İsrail polisinin sözçüsü Mixael Zinqerman RİA Novosti-yə verdiyi açıqlamada məlumat verib.

"Şərqi Qüdsdə bir polis bölməsi yaxınlığında qarşıdurma, toqquşma baş verib. Bir nəfər tutulub və ərazidən çox sayda fişəng və digər təhlükəli əşyalar tapılıb", deyə Zinqerman bildirib.

O, polis maşınlarına ziyan dəydiyini və polisin "kütləni dağıtmaq üçün vasitələrdən istifadə etməli olduğunu da söyləyib.

Polisin sözçüsü hazırda vəziyyətin sakit olduğunu əlavə edib.

Xatırladaq ki, “Əl-Əqsa Səsi” radiostansiyası da öz növbəsində, Fələstin Qızıl Ayparanın məlumatlarına istinad edərək, Qüdsdəki İçərişəhərin İrod qapısı yaxınlığında İsrail təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı on fələstinlinin yaralandığını bildirib. Altı nəfərin flaş bombası, qalanlarının rezin güllələrlə vurulduğu bildirilir. Zərərçəkənlərdən biri xəstəxanaya aparılıb, qalanlarına yerində tibbi yardım göstərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə