İranda dəhşətli hadisə

İranın qərbindəki İylam əyalətində 5.2 bal gücündə zəlzələ baş verib. Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri İylam vilayətinin Salih Abad şəhəri olan zəlzələ yerli vaxtla 09:24-də qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələnin 9 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə