Peyvənd olunmuş avropalıdan Fransaya səfəri zamanı PCR testi tələb olunmayacaq
İyunun 9-dan etibarən Avropa Birliyinin qəbul etdiyi “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Janssen” peyvəndləri vurulmuş avropalılardan Fransaya gəlişi zamanı PCR testi tələb olunmayacaq.
SİA xəbər verir ki, bu haqda Fransanın turizm üzrə dövlət katibi Jan-Batist Lömuan məlumat verib.
Katib bildirib ki, İsrail, Avstraliya və Yaponiya kimi ölkələrin vətəndaşları da bu müddəadan bəhrələnə biləcəklər.
Qeyd edək ki, İsrail ən çox peyvənd vurulan ölkədir. Hər 10 sakindən 6-sına peyvəndin hər iki dozası vurulub.
Həmçinin Kanada (59 faiz), Birləşmiş Krallıq (58,3 faiz), Çili (56,6 faiz) və ABŞ (51 faiz) kimi ölkələr peyvənd vurulmasına görə öndə gedən ölkələrdəndir. Halbuki Avropa Birliyi zonasında ümumi əhalinin yalnız 39 faizi peyvənd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB