Ukraynanın ilk prezidenti, Donbas Üçtərəfli Əlaqə Qrupundakı Kiyev nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk, “Həyat Üçün Müxalifət Platforması” Siyasi Şurasının rəhbəri Viktor Medvedçukun "Ukrayna düşməni"-nə çevrildiyini söyləyib. SİA xəbər verir ki, Kravçuk bunu Ukrayna "Kanal 5"-in efirində bəyan edib.
Xatırladaq ki, mayın 11-də Ukrayna baş prokuroru İrina Venediktova, Medvedçuk və “Həyat Üçün Müxalifət Platforması” partiyasındakı tərəfdaşı Taras Kozakın vətənə xəyanətdə və Krımda milli qaynaqları mənimsəməkdə şübhəli olduğunu açıqlayıb. Mayın 13-də Kiyev məhkəməsi Medvedçuku ev dustaqlığına göndərib. O, "dövlətə xəyanət" və "müharibə adətlərini pozmaqda günahlandırılma" ittihamı ilə təqsirli bilinir. Xaricə səyahət etmək üçün elektron bir qolbaq taxması və pasportlarını təhvil verməsi də əmr edilib. Medvedçuk isə onunla bağlı şübhələri rədd edir və onları siyasi təqiblərlə əlaqələndirir. Kozak axtarışa verilib, Təhlükəsizlik Xidməti onu həbs etmək üçün icazə alıb.
"Mənim gözümün önündə, Medvedçuk Ukrayna ilə az-çox maraqlanan bir şəxsdən, Ukraynanın düşməninə çevrildi. Düşünürəm ki, o yalnız özünü dinləyir və eşidir, kiminsə ondan daha yaxşısının edə biləcəyinə dair bir anlayışı da yoxdur", deyə Kravçuk efidə fikirlərini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB