Gürcüstanda etiraz aksiyaları davam edir. SİA-nın məlumatına görə, Gürcüstanın paytaxtı Tiflisdə təxminən 3 min adam parlament binasının qarşısında mitinq keçirib.
Lakin bu dəfəki etirazın səbəbi Saakaşvilinin istefası olmayıb. Belə ki, dünən Tiflisdə Gürcüstanın prezidenti Mixail Saakaşvilin istefasını tələb edən etiraz nümayişində polis iştirakçılara qarşı fiziki gücdən istifadə edib. Bu gün də paytaxtda parlament binası qarşısına toplaşan 3 min nəfərdən çox nümayişçi bu zorakılığa etiraz ediblər.
Qeyd edək ki, nümayişçilər mövzu ilə əlaqədar beynəlxalq insan haqqları təşkilatları və xarici diplomatlara da məktub göndəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB