“Bu gün məndə belə bir sual yaranır: hakimiyyətinin sonuna 20 gündən də az vaxt qalan birinin xarici səfərə dəvət olunmasına nə ehtiyac vardı”.
Doğrudan da, “məntiqi” sualdır. Yəqin bu məntiqi sualın arxasında nəsə gizlənir...
...Qeyd edək ki, bu erməni saytlarının istehza ilə “təvazökar” kimi təqdim etdikləri, sabiq ikinci erməni prezidenti Robert Koçaryanın fikirləridir. O bu fikirləri, erməni əyalətlərinin birində seçiciləri ilə keçirdiyi görüş zamanı Nikol Paşinyanın son Paris və Brüsselə səfərinə münasibət bildirərkən səsləndirib.
Koçaryana görə, “...maraqlıdır, görən, Avropada Nikolla hansı məsələlər müzakirə edlib, Ermənistanda daha neçə yeni Soros ofisinin açılmasını? Yoxsa, ermənilərin hansı torpaqlarının icarəyə verilməsi və ya hansı dəhlizlərin açılmasını?”.
Sabiq prezidentə görə, Nikol Paşinyan Qərbə etdiyi bu son səfəri ilə ermənilərə sanki “görürsünüz, Avropada məni hələ də qəbul edirlər” demək istəyir. Koçaryanın fikrincə, “...amma o unudur ki, hər bir ölkədə dövlət başçısını, ilk növbədə, öz xalqı qəbul edilməlidir”.
Mənə elə gəlir ki, Robert burada “...mənim kimi” deməkdən özünü güclə saxlayır. Təbii ki, bu da onun, deyildiyi kimi, “təvazökar”lığından irəli gəlir.
Qeyd edək ki, ötən gün erməni saytlarından biri keçmiş eks-prezidentlərin Ermənistanın son 30 ildə əldə etdiyi “geosiyasi qələbələrin” özəlləşdirilməsi uğrunda bəhsə girdikləri barədə xəbər yaymışdı. Əslində, ermənilərin hansı “geosiyasi qələbələr”dən danışdıqları mənə qaranlıq qalsa da, amma bu gün görünən Ermənistandakı böhrandır. Etiraf edilməlidir ki, bu böhran ölkənin bütün sahələrini ağuşuna alıb. Deyilənə görə, erməniləri bu böhrandan xeyli vaxt apara biləcək zamanla yanaşı, gələcəkdə Ermənistanda hakimiyyətə gələn birinin gərgin fəaliyyəti qurtara bilər.
Amma, sən demə, həddən artıq gərgin vəziyyətdə işləməyin onun üçün elə də bir problem olmdığını bəyan edən “təvazökarlıq atası” - Robert Koçaryan Ermənistanın düşdüyü vəziyyətdən qurtarmaq üçün özündən başqa birisini görmədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB