Putindən şok açıqlama

Rusiyada dolların istifadə olunub olunmamasına dair sualları prezident Vladimir Putin cavablarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Putin qeyd edib ki, "ABŞ Rusiyanı fərqli ödəmələr etmək məcburiyyətində buraxır. Amerikalı ortaqlarımız bizi bu addımı atmağa məcbur edib. Ölkədə dollar istifadəsini tam məhdudlaşdırmamışıq lakin, bizi buna məcbur edirlər" deyə bildirib.

Putin bildirib ki, "ABŞ dolları siyasi alət kimi istifadə edərək dövlətə ziyan verirlər. Oturduqları budağı kəsməyə çalışırlar. Bunu dünyada hərkəs görür. Bu səbəbdən də dollar tək Rusiyada deyil, bütün dünyada dəyərdən düşür" deyə Rusiya prezidenti fikrini bildirib.

Co Baydenin təcrübəli siyasətçi olduğunu vurğulayan Putin ölkələrarası olan danışığın bir nəticə verməyəcəyini bildirib.

Validimir Putin söhbətində qeyd edib ki, "Rusiya hərbi texnika ilə müqavilə bağladığı xarici ortaqları ilə, dollarla alqı-satqı edə bilmir" deyə bildirib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə