Məşhur musiqiçilərin həyatından bəhs edən 10 bioqrafik film - FOTOLAR
Bioqrafik filmləri sevirik, daha çox məşhur musiqiçilərin həyatlarından bəhs edən filmləri.
Məşhur musiqiçilərin həyatından bəhs edən filmlərdə çox sevdiyimiz mahnıların hekayələri haqqında ip ucları görürük və "o mahnıda bu səbəbdən belə deyib" nəticəsi ilə sanki nəyisə ixtira etmiş kimi sevinirik. Beləliklə, musiqi ilə bağlı üfüqlərimiz genişlənir. Musiqiçilərin həyatından bəhs edən filmlər həm də musiqi dolu filmlərdir. Film, musiqiləri də sonradan dinləməyə vadar edir.
SİA məşhur musiqiçilərin həyatından bəhs edən 10 bioqrafik film tövsiyəsi ilə qarşınızdadır.
1. The doors (1991)
Amerikalı rok qrupu "The Doors" haqqında indiyə qədər çəkilmiş ən yaxşı bioqrafiklərdən biri sayılan film, qrupun əfsanəvi aparıcı müğənnisi Jim Morrison üzərində dayanır. Qrupun yaxın dinləyicisi, rejissor Oliver Stoun solistin təlatümlü həyatını təsirli bir rəvayətlə açıqlayır. Val Kilmer, tez-tez qalın cizgilərlə təsvir olunan və həqiqi mənimsənilməyən qaya fəlsəfəsini realist və ehtiraslı bir ifadə ilə çatdıran filmdəki aktyor həyatının ən vacib rolunu uğurla yerinə yetirir. Yalnız Amerika cəmiyyətini deyil, həm də bütün dünyanı dəyişdirən bir inqilabın panoramasını əks etdirən film, klassiklər arasında yerini alıb.
2. 8 mil (2002)
Film məşhur repçi Eminemin həyatına həsr olunmuşdur. Detroyt sakinləri 8 millik simvolizmlə yaşamağa öyrəşiblər. Bu yol onların ömrünü məhdudlaşdırır. Jimmy Smith Jr. bu yolu qarşısındakı maneə olaraq görür. Bu yol dünyasını kiçildir və xəyallarına çatmasına mane olur. Jimmynin yalnız bir məqsədi var: musiqi dünyasına qədəm qoymaq. Ancaq bunun üçün həm qəzəbini, həm də böyük məyusluqlarını buraxmalı və öz xeyrinə istifadə etməlidir.
3. The Line Walk (2005)
Film Johnny Cashın həyatını xronoloji ardıcıllıqla ekrana gətirir. İlk dəfə bu yola çıxanda bu qədər ucalacağını bilmirdi. Film qara paltar geyinmiş, özünəməxsus üslubu və o dövrdə heç rastlanmayan bir adam modeli ilə Amerika mədəniyyətinə ciddi təsir göstərib. Əlbəttə sevgi gündəmə gələndə June sevgisi ilə də diqqət çəkir. Geridə qoyduqlarına baxdıqda günümüzün rok və rep müğənnilərinə bir növ ilham olaraq iz buraxdığı göz qabağındadır.
4. Kaldırım serçesi (2007)
Məşhur Fransız müğənni Edith Piafın həyatından bəhs edən "Kaldırım serçesi", uşaqlıqdan ölənə qədər şəxsi həyatındakı uğurlarını, çökmələri və məyusluqları ekranlarda əks etdirir. Rejissor Olivier Dahanın rejissoru olduğu filmdə gənc aktrisa Marion Cotillardın təsirli performansı yer alıb.
5. I'm not there (2007)
Əsl mənada musiqi tanrısı adlandırılan Bob Dylan, karyerası boyunca saysız-hesabsız klassiklər yaradıb və daha sonra ömür boyu haqqında bəhs olunub. Bu müvəffəqiyyətə əlavə olaraq, onun son dərəcə sirli və gizli olduğu bir həqiqətdir. Sənətkarın həyatının fərqli dövrlərindən və dönüş nöqtələrindən bəhs edən film, Dylanın həyatının gizli dövrlərinə işıq tutur. 2007-ci il "Venesiya Film Festivalı"nda "münsiflər mükafatı"nın böyük nominasiyasını qazanan və Cate Blanchettə görə, " ən yaxşı aktrisa" mükafatına layiq görülən filmin musiqisi ustad musiqiçilər qrupu tərəfindən hazırlanmışdır.
6. Amadeus (1984)
Dünya musiqi tarixini Amadeusda idarə edən dahi Mozart, gündəlik yaşamından tamamilə ayrılmış bir həyat tərzi keçirir. İstedadını ifadə etmək üçün maraqlı bir yol seçən sənətçi absurd davranmağa vərdiş edir. Həyat və musiqinin əks qütblərində irəliləyən Mozart, istedadını göstərmək üçün məntiqsiz hərəkətlər edir. Demək olar ki, "uğursuz" bir profil çəkən Mozart, sağlam olmayan həyatı səbəbi ilə Antonio Salierini narahat edir. Digərlərindən daha çox intizamlı və musiqi mövzusunda iddialı olan Antonio, musiqinin tanrısı qədər müvəffəqiyyətli ola bilməz. Bu düşüncələr zaman keçdikcə, onların fərqli bir münasibət qurmalarına səbəb olur. Musiqidə üstün istedada sahib olan Amadeus Mozartla Antonio Salieri arasındakı münasibətə yönəldilmişdir. Sənət və sənətkarın şəxsiyyəti arasındakı əlaqəyə diqqət yetirən və Salieri vasitəsi ilə ustad bir musiqiçinin həyatını izah edən bir klassik filmdir.
7. Marley (2012)
Əfsanəvi Yamaykalı raqa müğənnisi, inqilabçı büt və bəzilərinə görə tanrı Bob Marleyin həyatını, musiqisini və həyat fəlsəfəsini ekrana gətirən əsərin rejissoru bioqrafik sənədli filmlərin Oscar mükafatçısı Kevin Macdonalddır. 2012-ci il Berlin Film Festivalında dünya premyerası olan filmdə sənətçinin əvvəllər yayımlanmamış kadrları, heyrətamiz ifa tərzi və yaxınları ilə reportajlar da yer alıb. Marley ailəsinin də filmə dəstəyi böyük olub. Ekranlaşdırıldığı festivallarda yüksək tərif alan prodüser, 1981-ci ildə vəfat edən sənətçiyə hörmət və ehtiram göstərməyi hədəfə alıb.
8. Nowhere boy (2009)
John Lennonun uşaqlığını düşünün... Sevgiyə necə ehtiyac duyduğunu və Paul McCartney adlı oğlanla necə tanış olduğunu... John, dağılmış Liverpool şəhərində böyüyən tənha, fərqli və ağıllı bir gəncdir. Xalası Mimi və anası Julianın təsirindən qurtuluşu musiqidə görür. Filmin ssenarisini Lennonun ögey qardaşı Julia Bairdin kitabı əsasında Matt Greenhalgh yazıb.
9. Bird (1988)
Tamaşaçıları 1940-50-ci illərdəki caz klublarına aparan və “Bird" ləqəbli Çarli Parkerin musiqisini hipnotik bir gözəlliklə çatdıran bir film... Rejissor Clint Eastwood ilk dinlədiyi andan etibarən heyran olduğu Parkerin musiqisini zərif bir hekayə ilə birləşdirir; ustalığını və caz musiqisinə verdiyi töhfələri vurğulamağı da nəzərdə saxlayır.
10. Ölümsüz Sevgili (1994)
Bu gün klassik musiqi haqqında danışarkən ağla gələn ilk bəstəkarlarından biri olan Ludwig van Bethovenin həyat hekayəsini izah edən “Ölümsüz Sevgili”, musiqi tarixçilərinin də qəti bir cavab verə bilməyəcəyi bir sual ətrafında dolanır... Bəstəkarın ölümündən sonra ortaya çıxan məktublarda bəhs etdiyi Ölümsüz Sevgili kimdir?
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB