Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı dolları iqtisadi və siyasi müharibə aləti kimi istifadə etməkdə günahlandırıb. SİA xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Putin Rusiyanın digər milli valyutalar və avro ilə neft və qaz əməliyyatları aparmağı düşünə biləcəyini söyləyib. Bu qərarın ABŞ dollarına ciddi bir zərbə vuracağını bildirib. Moskvanın artıq bu istiqamətdə bir addım atmaq istəmədiyini söyləyib.
Dünən Rusiya Maliyyə nazirinin müavini Vladimir Kolyçev qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalardan daha az təsirlənmək üçün suveren sərvət fondundakı dollar ehtiyatlarının sıfırlanacağını və fonddakı dollar ehtiyatlarının avro, yuan və qızıla çevriləcəyini açıqlayıb.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden və Vladimir Putin 16 iyunda Cenevrədə görüşəcək.
İki liderin ilk dəfə görüşəcəyi zirvədə Rusiya prezidenti ABŞ ilə "dərin zədələnmiş" münasibətləri yaxşılaşdıracağına ümid etdiyini deyib və amerikalı həmkarı ilə bu ölkənin ən böyük böhranına səbəb olan məsələləri müzakirə ediləcək. İki ölkə arasındakı son dövrdə insan haqlarına edilən hücumlardan, seçkilərə müdaxilə iddialarından qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalar da görüş zamanı toxunulacaq mövzulardır.
Xatırladaq ki, Bayden keçən mart ayında Putinin "qatil" olduğunu və ABŞ seçkilərinə müdaxilə üçün "əvəzini ödəyəcəyini" söyləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB