ABŞ-ın müdafiə xəbərlərini dərc edən jurnalı (The National Interest), Rusiyanın çox atıcı roket sisteminə malik "TOS-1" silahı haqqında, "qorxu filmini xatırladır" deyə məqalə dərc edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "TOS-1" silahının illər öncə istehsal olunmasına baxmayaraq, Rusiya ordusunda ən öndə gedən roket sistemi olduğunu və ondan hələ də istifadə olunur" deyə fikirlər dərc olunub.
"TOST-1" roketi haqqında məqalə hazırlayan jurnalist, güllənin iki komponentdən ibarət olduğunu bildirib. Əvvəlcə kimyəvi maddənin havaya püskürdüyünü, daha sonra bu maddənin alovlandığını və böyük bir səs dalğası yaratdığını bildirib.
Qeyd edək ki, Rusiyanın "TOS-1" roketinin piyadaların və zirehli texnikaların məhv edilməsi üçün dizayn edildiyini qeyd edən Ebishop, bu tip silahların qapalı bölgələrdə çox təsirli olduğunu və düşmən istehkamlarını qısa müddətdə geniş bir ərazidə məhv edə biləcəyini ifadə edib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB