Almaniyada yoluxucu xəstəlik qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 3 nəfərin \"Escherіchіa colі\" bakteriyasının yaratdığı fəsadlar nəticəsində öldüyü və təxminən, 400 nəfərin xəstəxanalara yerləşdirildiyi bildirilir. Şlezviq-Qolşteyn vilayətində 200, Aşağı Saksoniya vilayətində 100, Hamburq şəhərində isə 50 nəfərin infeksiyaya yoluxduğu qeyd olunur. Aparılan ilkin araşdırmalar nəticəsində infeksiyanın mənbəyini müəyyən etmək mümkün olmayıb. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.
Qeyd edək ki, \"Escherіchіa colі\" bakteriyası əsasən qida məhsulları ilə insan orqanizminə düşür. Əksər hallarda bakteriya kəskin fəsadlar törətmir. Hazırda Almaniyada yayılan xəstəliyin simptomlarının kəskin olması və qısa müddət ərazində 3 nəfərin ölümünə səbəb olması narahatçılığa əsas yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB