Kolumbiyada gündəlik koronavirusa yoluxma üzrə ən yüksək göstərici qeydə alınıb
Kolumbiyanın Səhiyyə və Sosial İşlər Nazirliyi 24 saat ərzində koronavirusa 30 000 yeni yoluxma hadisəsi barədə bildirib, bu da ölkə üçün gündəlik yoluxma üzrə ən yüksək göstərici olub.
SİA-nın məlumatına görə, bu barədə Nazirlik öz "Twitter" səhifəsində yazıb.
Məlumata əsasən, əvvəlki antirekord bir gün əvvəl qeydə alınıb (28 624 yoluxma), ölkədəki rekord göstəricilər ardıcıl dördüncü gün qeyd olunur:
"4 iyun tarixində Kolumbiyada 25 040 xəstənin sağaldığını, 30 000 yeni yoluxma və 537 ölüm hallarını təsdiq etdik. Nəticədə sağalan xəstələrin sayı 3 277 100-ə, koronavirus xəstələri 3 518 046, ölüm halları 90 890-a çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB