Yeni Zelandiyada fırtına həyatı iflic edib

Yeni Zelandiyada fırtına həyatı iflic edib

Yeni Zelandiyanın Şimal adasında və Qərb adasının şimal hissəsində fırtına baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, leysan xarakterli yağış çayların məcrasından çıxaraq ətraf əraziləri su altında qoymasına səbəb olub. Nəticədə, magistral avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda təhlükəli ərazilərdən əhalinin təxliyyəsi həyata keçirilir. Tələfat və xəsarət alanlar barədə məlumat verilmir. Meteoroloqlar yaxın bir neçə gün ərzində hava şəraitinin daha da kəskinləşəcəyini proqnozlaşdırır. Yaranmış vəziyyətlə əlaqədar müvafiq işlərin görülməsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə